“Artıq bacarmıram...”
14 fevral 2011 10:22 (UTC +04:00)

“Artıq bacarmıram...”

Məşhur braziliyalı futbolçu Ronaldo böyük idmanı tərk etmək niyyətindədir. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, 2 qat dünya çempionu, hazırda Braziliyanın “Korintians” klubunda oynayan 34 yaşlı futbolçu deyib ki, futboldan getməklə bağlı qərar verməsinin səbəbi daim zədə almasıdır.

Ronaldo artıq bacarmadığını bildirib: “Mən çalışsam da, lazım olan səviyyədə oynaya bilmirəm. Getmək zamanı gəlib”.

Futbolçunun bu qərarı verməsinin digər səbəbi oynadığı “Korintians” klubunun “Libertadores” kuboku yarışından erkən kənarlaşmasıdır. “Korintians” fevralın 2-də Kolumbiyanın “Deportivo Tolima” klubuna uduzub və klub geri qayıdarkən aeroportda braziliyalı azarkeşlər tərəfindən fitə basılıb.

Ronaldo rəsmi olaraq idmançı karyerasına son qoyduğunu bu gün açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar