“Xəzər Lənkəran” axtardığını tapdı - FOTO
13 fevral 2011 14:06 (UTC +04:00)

“Xəzər Lənkəran” axtardığını tapdı - FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran komandası qapıçı mövqeyində yaranmış boşluğu doldurmaq məqsədilə ukraynalı Yevgeni Kopili sıralarına cəlb edib.

Onunla 1 illik müqavilə imzalanıb.

Yevgeni Kopil Ukraynanın ən tanınmış və ən titullu komandası olan “Dinamo” (Kiyev) futbol klubunun yetirməsidir. Karyerası ərzində o, “Dinamo”nun ayrı-ayrı yaş qruplarında forma geyinib. 24 yaşlı qolkiper Polşanın “Zaqlebiye” (Sosnoviek) və “Zaqlebiye” (Lyubin) klublarında legioner həyatı da yaşayıb. Kopil 15 yaşdan 20 yaşadək müxtəlif yaş qrupları üzrə Ukrayna milli komandalarında da çıxış edib. Onun “Xəzər Lənkəran”dan əvvəlki iş yeri Ukraynanın “Zarya” komandası olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar