Roberto Karlos klubu ilə müqaviləsini pozdu
12 fevral 2011 19:59 (UTC +04:00)

Roberto Karlos klubu ilə müqaviləsini pozdu

Lent.az-ın “Sport Seqodnya”ya istinadən verdiyi məlumata görə, o, azarkeşlərin klubun Libertadores Kubokundan çıxmasında onu ittiham edərək hədələməsindən sonra bu addımı atıb.

Artıq “Korintianos” klubun nümayəndələri xüsusi mətbuat konfransı zamanı Karlosla müqavilənin ləğv edildiyini etiraf ediblər.

Xatırladaq ki, müdafiəçinin klubla müqaviləsi 2011-ci ilin dekabrına kimi nəzərdə tutulmuşdu. Onun bundan sonra karyerasını ABŞ-ın “Los Angeles Galaxy” klubunda davam etdirəcəyi güman edilir. Bundan əlavə, Karlosun Rusiyanın “Anji” klubu ilə də danışıqlar apardığı iddia olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar