Ən bahalı idman matçı..
12 fevral 2011 18:09 (UTC +04:00)

Ən bahalı idman matçı..

İngiltərədə bu gün “Old Trafford” meydanında keçiriləcək “Mançestr Yunayted” və “Mançestr Siti” matçı tək futbol tarixində deyil, dünya idman tarixində də ən bahalı oyun olacaq. Lent.az-ın “Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, bu iki klub ümumilikdə əsas heyətin futbolçularına 850 milyon dollar xərc çəkib.

Müqayisə üçün deyək ki, NASA bu məbləğdə pulu Habbl teleskopunun bərpası zamanı xərcləyib. Hətta “Real” və Barselona”nın qarşılaşdığı “klasiko” da kölgədə qalır. Ancaq “Mançestr rekordu” uzun müddət toxunulmaz qalmayacaq. Bir ay sonra İngiltərə çempionatı çərçivəsində Londonda futbolçularına 900 milyon dollar xərc çəkən “Çelsi” və “Mançestr Siti” qarşılaşacaq. Martın 19-da yeni rekordun müəyyənləşməsi “Çelsi”nin 50 milyon dollara ispan hücumçu Fernanda Torresi alması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar