Futbolçu hakimin ağzına fitini soxdu
11 fevral 2011 19:04 (UTC +04:00)

Futbolçu hakimin ağzına fitini soxdu

Lent.az-ın məlumatına görə, buna Byondinin hakimi fitini udmağa vadar etmə cəhdi olub.

O, referidən qırmızı vərəqə almasına cavab olaraq bu addımı atıb.

İnsident Byondinin çıxış etdiyi “Albareta 72“ komandası ilə “Sankat” arasındakı oyun vaxtı baş verib. Futbolçu hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. Lakin o, meydançanı sakitcə tərk etmək əvəzinə referinin başından tutub və fiti onun ağzına soxub. Lakin Byondi hakimə aləti uddura bilməyib. Futbolçu birtəhər meydançadan çıxarıldıqdan sonra da hakimin ünvanına təhqirlər və hədələr səsləndirib.

Qeyd edək ki, “Albareta 72“ ilə “Sankat” İtaliyanın 10-cu divizionunda çıxış edirlər. 20 turdan sonra “Albereta” 5-ci, “Sankat” isə 10-cu pillədədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar