Murad Dadaşov “Bakı”nı seçdi - FOTO
11 fevral 2011 18:52 (UTC +04:00)

Murad Dadaşov “Bakı”nı seçdi - FOTO

Lent.az-ın məlumatına görə, o, klubun vitse-prezidenti Zeynal Məmmədovla görüşündə oğlunu “Bakı”nın sıralarında görmək istədiyini bildirib.

Dadaşov seçiminin səbəbini paytaxtın eyniadlı komandasının sürətlə inkişaf edən və ölkəmizin aparıcı klublarından olması ilə izah edib: “Bakı”nın özünəməxsus dəst-xətti var, bu klub adı ilə seçilir. Klubun fəaliyyəti, görülən böyük işlər barədə çox eşitmişəm. Rəhbərliyin futbolçulara qayğısı və yüksək klub mədəniyyətindən xəbərdaram. Bilirəm ki, “Bakı”da böyük bir ailə anlayışı var. Burada heç kim diqqətdən kənarda qalmır. Uşaq futboluna olan diqqət , gənc nəslə olan hörmət mənim seçimimdə əsas rol oynadı. Oğlumu bu klubda görmək məni sevindirir”.

“Bakı”nın oyunlarını vaxt olduqca izlədiyini deyən şoumen klubun uğurlarına sevindiyini bildirib. O, “Bakı” qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inam ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar