AFFA türkiyəli futbolçunu əfv etdi
11 fevral 2011 20:03 (UTC +04:00)

AFFA türkiyəli futbolçunu əfv etdi

Lent.az-ın məlumatına görə, bu barədə
federasiyasının Apellyasiya və Ekspert Komitəsinin (AEK) növbəti iclasında qərar qəbul olunub.

AEK Erdoğdu ilə bağlı insidentdə yüngülləşdirici faktların müəyyən olunduğu qənaətinə gəlib. Nəticədə türkiyəli legionerin cəzası 4 oyuna endirilib. Bu isə o deməkdir ki, futbolçu “6-lıq” mərhələsinin ilk turundan komandasına kömək edə biləcək.

Qeyd edək ki, Muammer Erdoğdu Unibank Premyer Liqasının XVIII turunda “Turan”la oyundan sonra rəqib komandanın futbolçusu Elnur Abbasovu vurduğu üçün cəzalandırılmışdı. İnsidentə Abbasovun ondan aldığı pulu qaytarmaması səbəb göstərilmişdi. Lakin artıq döyülən futbolçu da “Turan”dadır və onlar barışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar