“Qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik” - MÜSAHİBƏ
- “Bakı” barədə ilkin təəssüratlarınız necədir?
- Komanda ilə təlim-məşq toplantısı zamanı tanış oldum. Vaxtımız az olsa da, kifayət qədər məlumat toplaya bildim. Fikrim müsbətdir. Oyunçuların davranışı, əzmkarlığı, mehribançılıq və kollektiv xarakter nümayiş etdirməsi ürəyimcədir. Lakin görülməli çox iş var. Türkiyənin Antalya şəhərində keçirdiyimiz təlim-məşq toplantısı zamanı bütün müsbət və mənfi cəhətlərimizi öyrənməyə çalışdıq. Zəif nöqtələrimizi müəyyən edib, həm taktiki, həm də funksional hazırlıq üzərində çalışmalarımızı davam etdirəcəyik.
- Sizi narahat edən amillər varmı?
- Bir neçə futbolçumuzun zədəli olması məni qayğılandırır. Əsasən də, Stefan Borbikoni və Ernad Skuliçin sıradan çıxması bizim üçün ciddi itkidir. Hər ikisi əsas heyətin oyunçularıdır və il boyu demək olar ki, bütün oyunlarda meydana çıxıblar. Boşluq yaranmaması üçün müxtəlif variantları nəzərdən keçirirəm. Eyni zamanda Aqil Məmmədov, Vaqif Cavadov və Fabio Luis Ramim millinin düşərgəsində olduqlarından, komanda ilə birgə hazırlaşa bilməyiblər. Onlar yalnız bu gün bizə qoşulublar. Bu da bizim üçün çətinlik yaradan amillərdən biridir.
- Milli komandadan söhbət düşmüşkən, fevralın 9-da keçirilmiş Latviya - Boliviya oyunu barədə nə deyə bilərsiniz?
- Oyun çox xoşuma gəldi. Hər iki komanda sürətli və hücuma meylli oyun nümayiş etdirdi. Sevindirici cəhət bu oldu ki, biz qalib gəldik. Latviya millisi səviyyəli oyun göstərdi. Boliviya güclü komandadır. Təkcə Donetsk "Şaxtyor"undan tanıdığımız Morenanın adını çəkmək kifayətdir. O, dünyaca tanınmış oyunçulardan biridir. Belə güclü rəqibə qalib gəlməklə bir daha milli komandamızın iddialı olduğunu ortaya qoyduq. Oyun və nəticədən razı qaldım.
- Sabahkı rəqib barədə nə deyə bilərsiniz?
- “Muğan” ciddi rəqibdir, bunu söz xatirinə demirəm. Onlar birinci dövrədə bizdən 3 xal alıblar. Məncə, elə tək bu fakt “Muğan”ın güclü komanda olduğunun göstəricisi kimi qəbul oluna bilər. Bu komandaya qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bilirəm ki, klubumuzun rəhbərliyi və azarkeşlərimiz bizdən yalnız qələbə gözləyirlər. Sizi əmin edirəm ki, sabah qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoyacağıq”.

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39