Türk futbolçular “Donuz qripi” təhlükəsiylə üzləşiblər
2010-cu il dünya çempionatının qrup oyunları çərçivəsində 10 oktyabrda Belçika millisiylə oyuna çıxacaq Türkiyə milli futbol komandası dünən Hollandiyaya gedib.
Bir gün sonra komanda Belçikaya yola düşəcək.
Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Tegelen qəsəbəsindəki oteldə yerləşən türk futbolçuları təhlükə gözlədiyi məlum olub.
Tegelen qəsəbəsinin baş həkimi qəsəbədə “Donuz qripi”nə yoluxma hallarının tez-tez qeydə alındığını bildirib və Türkiyə millisinin futbolçularının ehtiyatlı olmalarını tövsiyə edib. O, futbolçulara əllərini tez-tez bol su və sabunla yumağı məsləhət görüb.
Türkiyə milli komandasında da “Donuz qripi” həyəcanı verilib. Milli komandanın həkim heyəti futbolçulara kənar insanlarla təmasda olmamağı tövsiyə edib.

839