“Everton”dan Araz Abdullayevə növbəti çağırış - FOTO
11 fevral 2011 14:22 (UTC +04:00)

“Everton”dan Araz Abdullayevə növbəti çağırış - FOTO

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə İngiltərə klubu rəsmiləri “Everton”la müqavilə imzalayan Araz Abdullayevi komandanın məşqlərində iştirak etmək üçün dəvət ediblər.

Məktubda deyilir: “Bir müddət əvvəl Azərbaycana səfərimiz və klublarımız arasında bağlanan razılaşma ilə əlaqədar, Sizi 14 – 25 fevral aralığında İngiltərəyə, klubumuzun məşqlərinə qatılmağa dəvət edirik. Bu müddət ərzində sizi yaşayış yeri ilə təmin etməklə yanaşı, bütün xərcləri üzərimizə götürürük”.

Artıq İngiltərə təmsilçisinin məktubuna “Neftçi”dən rəsmi cavab verilib. Araz Abdullayevə uzunmüddətli viza alınması üçün Böyük Britaniya səfirliyinə müraciət edilib. Viza məsələsinin həllindən sonra Abdullayev “Everton”un düşərgəsinə yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238

Oxşar yazılar