“Topaz”dan daha bir yenilik
Lent.az-ın məlumatına görə, Unibank Premyer Liqasının matçlarından əlavə, yalnız bir oyuna pul qoyuluşunun qəbuluna da başlanılıb. Lakin bu cür pul qoyuluşları hər görüşə yox, cəmi iki matça şamil olunacaq. Bunlar İngiltərə Premyer Liqasında fevralın 13-də oynanılacaq “Mançester Yunayted” – “Mançester Siti” və ertəsi gün İtaliya A seriyasında baş tutacaq “Yuventus” – “İnter” matçlarıdır.
Hər iki matçda qələbə, heç-heçə və ya məğlubiyyətə pul qoyuluşları qəbul ediləcək. Fevralın 13-də Bakı vaxtı ilə saat 16:45-də start götürəcək oyunda “Mançester Yunayted”in qələbəsi 1,65, heç-heçə 3,20, “Mançester Siti”nin qələbəsi isə 4,10 əmsalla dəyərləndiriləcək.
Fevralın 14-də Bakı vaxtı ilə 23:45-də başlanacaq görüşdə isə “Yuventus”un qələbəsinə 2,60, heç-heçəyə 2,90, “İnter”in qələbəsinə isə 2,30 əmsal qoyulub.
Qeyd edək ki, “Topaz”ın yanvarın 18-də keçirilmiş təqdimat mərasimində ən azı 3 oyuna pul qoyuluşunun qəbul olunacağı açıqlanmışdı.

1127