“Bakı” “Muğan”la oyuna 3 itki ilə çıxır
11 fevral 2011 12:58 (UTC +04:00)

“Bakı” “Muğan”la oyuna 3 itki ilə çıxır

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 12-də baş tutacaq qarşılaşmada Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyov iştirak etməyəcəklər. Skuliç və Borbikoninin zədələri daha ciddidir. Skuliç fevralın 7-si sol topuq oynağında xırda sümüklərin arasında sümük artımları səbəbindən Mərkəzi Gömrük Hospitalında cərrahiyyə əməliyyatı keçirib. Onun 3 həftə ərzində yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. Borbikoninin də zədəsinin sağalması vaxt aparacaq. Sol ayağının ikinci darağ sümüyündə stress sınığı səbəbindən komandadan ayrı qalan fransalı müdafiəçi intensiv məşqlərə yalnız fevralın sonlarında başlaya biləcək.


Qeyd edək ki, fevralın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Muğan” matçı saat 18:30-da başlanacaq. Oyun öncəsi “Bakı” “Bakılı” ilə yoxlama matçı keçirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Bakı”nın qolunu yeni transfer Ruslan Leviqa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar