Unibank Premyer Liqasının oyunları “Topaz”da
11 fevral 2011 12:51 (UTC +04:00)

Unibank Premyer Liqasının oyunları “Topaz”da

Futbol üzrə Unibank Premyer Liqasında həftəsonu keçiriləcək XX turun bütün oyunları “Topaz” bukmeyker kontorunun proqramına salınıb. Lent.az-ın məlumatına görə, pul qoyuluşu etmək istəyənlər artıq Azərbaycan çempionatına da variant yaza biləcəklər.


Hələlik onlar oyunun nəticəsi və cüt şans üzrə pul qoyuluşu edəcəklər. “Topaz” son illərin ən prinsipial rəqibləri “Neftçi” və “Xəzər Lənkəran” arasında fevralın 13-də keçiriləcək qarşılaşmada meydan sahiblərinin qələbə ehtimalını daha yüksək qiymətləndirib. Ona görə də “Neftçi”nin qələbəsinə cəmi 1,95 əmsal qoyulub. Heç-heçə ehtimalı daha yüksək – 3,20 əmsalla dəyərləndirilib. “Xəzər Lənkəran”ın qələbəsinə isə 3,10 əmsal verilib. “Neftçi”nin qələbəsi və ya heç-heçəyə 1,21, “Neftçi”nin və ya “Xəzər Lənkəran”ın qələbəsinə 1,20, “Xəzər Lənkəran”ın qələbəsi və ya heç-heçəyə isə 1,57 əmsal qoyulub.

Qalan oyunların əmsallarını təqdim edirik:

12 fevral

13:30. MOİK – “Turan”
MOİK-in qələbəsi - 2,35
Heç-heçə - 3,00
“Turan”ın qələbəsi – 3,00
MOİK-in qələbəsi və ya heç-heçə - 1,32
MOİK-in və ya “Turan”ın qələbəsi – 1,21
“Turan”ın qələbəsi və ya heç-heçə - 1,36


15:00. AZAL – “Gəncə”
AZAL-ın qələbəsi – 1,45
Heç-heçə - 3,60
“Gəncə”nin qələbəsi – 5,40
AZAL-ın qələbəsi və ya heç-heçə - pul qoyuluşu qəbul olunmur
AZAL-ın və ya “Gəncə”nin qələbəsi – 1,14
“Gəncə”nin qələbəsi və ya heç-heçə - 2,16


18:30. “Bakı” – “Muğan”
“Bakı”nın qələbəsi – 1,40
Heç-heçə - 3,80
“Muğan”ın qələbəsi – 5,40
“Bakı”nın qələbəsi və ya heç-heçə - pul qoyuluşu qəbul olunmur
“Bakı”nın və ya “Muğan”ın qələbəsi – 1,11
“Muğan”ın qələbəsi və ya heç-heçə - 2,23

13 fevral

14:00. “Qarabağ” – “Qəbələ”
“Qarabağ”ın qələbəsi – 1,85
Heç-heçə - 3,20
“Qəbələ”nin qələbəsi – 3,30
“Qarabağ”ın qələbəsi və ya heç-heçə - 1,17
“Qarabağ” və ya“Qəbələ”nin qələbəsi – 1,19
“Qəbələ”nin qələbəsi və ya heç-heçə - 1,62

16:00. “İnter” – “Simurq”
“İnter”in qələbəsi – 1,20
Heç-heçə - 5,00
“Simurq”un qələbəsi – 8,00
“İnter”in qələbəsi və ya heç-heçə - pul qoyuluşu qəbul olunmur
“İnter”in və ya “Simurq”un qələbəsi – pul qoyuluşu qəbul olunmur
“Simurq”un qələbəsi və ya heç-heçə - 3,08

Qeyd edək ki, Unibank Premyer Liqasının oyunlarına pul qoyuluşunun qəbul olunmayacağı açıqlanmışdı.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar