Yaponiyanın Azərbaycandakı səfirliyi aykido tədbiri keçirəcək - FOTO
11 fevral 2011 12:42 (UTC +04:00)

Yaponiyanın Azərbaycandakı səfirliyi aykido tədbiri keçirəcək - FOTO

Bu haqda Lent.az-a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirin təşkilatçısı səfirlikdən əlavə, Yaponiya Fondu və Azərbaycan Aykido Federasiyasıdır. Gənclər və İdman Nazirliyi ilə İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən tədbir üç gün davam edəcək. Məqsəd Kanazava Takeşi, İto Makoto, Kodani Yuiçi və Kenmoçi Masaki adlı yaponiyalı aykido ustalarının təqdim etdiyi seminar təlimlər və əsas nümunəvi çıxışlar vasitəsilə Azərbaycan əhalisini ənənəvi yapon döyüş sənətindən biri olan aykido ilə tanış etməkdir.

Tədbirdə Azərbaycan Aykido Federasiyasının üzvləri də əsas nümunəvi çıxışlarla iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260

Oxşar yazılar