“Rabitə” Çempionlar Liqasında daha bir mərhələ adladı
Lent.az-ın məlumatına görə, komandamız ilkin “pley-off” mərhələsində Çexiya “Modranska”sını üstələyib.
İlk görüşdə 2:3 hesabı ilə uduzan “Rabitə” fevralın 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş cavab qarşılaşmasında rəqibinə heç bir set verməyib – 3:0 (25:21, 25:23, 25:19). Yeni qaydalara əsasən, iki oyunda ayrı-ayrı komandalar qalib gələrsə, 15 xaladək əlavə set təyin olunur. Bu səbəbdən, cütün taleyinə “tay-breyk”də aydınlıq gəlib. Bu bölümdə də “Rabitə” 15:11 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Komandamızın II “pley-off” mərhələsində rəqibi “Bank BPS Fakro” (Polşa) olacaq. Oyunlar 22 – 24 fevralda və 1 – 3 martda keçiriləcək.

648