“Neftçi” daha 2 futbolçusunu icarəyə verdi
10 fevral 2011 15:47 (UTC +04:00)

“Neftçi” daha 2 futbolçusunu icarəyə verdi

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar hücumçu Fərid Quliyevlə müdafiəçi Tural Nərimanovdur.

Quliyev əvvəlcə flaqmanla müqavilə müddətini 2012-ci ilin iyulunadək uzadıb. Sonra isə o, Zaqatalanın “Simurq” klubuna mövsümün sonunadək kirayələnib. Nərimanov isə bu müddətdə MOİK-in sərəncamında olacaq. “Neftçi”də əsas heyətə düşməkdə çətinliklə üzləşən hər iki futbolçu oyun praktikası qazanmaq üçün icarəyə verilib.

Qeyd edək ki, daha öncə Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadə I divizionda çıxış edən “Abşeron”a icarəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar