Dünyanın ən varlı klubu məlum oldu
10 fevral 2011 13:44 (UTC +04:00)

Dünyanın ən varlı klubu məlum oldu

Lent.az-ın məlumatına görə, 20 ən varlı klubun “Futbol pul liqası” adlı siyahısı 2009-2010-cu il mövsümünün yekunlarına əsasən tərtib edilib.

İkinci yeri “kral klubu”nun əzəli rəqibi “Barselona” tutub. Sonrakı pillədə İngiltərə “Mançester Yunayted”i qərarlaşıb. “Arsenal” və “Çelsi” isə 5-6-cı yerləri tuturlar.

Reytinq siyahısına əsasən, 20 ən varlı klubun gəlirləri ilk dəfə 4 milyard avronu keçib. Lakin ilk “10-luq”dakı komandaların tərkibi dəyişməyib. 20 klubun hamısı Avropanın 5 ən güclü çempionatını təmsil edir. Onlardan 7-si İngiltərə Premyer Liqasında, hərəyə 4-ü Almaniya Bundesliqası və İtaliya A seriyasında, 3-ü İspaniya La Liqasında, 2-si isə Fransa Liqasında çıxış edir.

“Deloitte” transfer məbləğləri, futbolçuların əmək haqları, habelə müxtəlif vergi və təlim-məşq toplantılarını hesaba almayıb. Bura yalnız klubların turnirlərdə iştirakından, bilet və atributlarının, titul sponsorluğunun, habelə reklam və televiziya yayımı hüququnun satışından gəlirlər daxil edilib.

Qeyd edək ki, “Real Madrid” ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırması və İspaniya çempionatında 2-ci yeri tutmasına baxmayaraq, ən varlı klubların reytinqində birinci olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125

Oxşar yazılar