Rəşad Sadıqov Dubaydan “Eskişehirspor”a qayıdır
10 fevral 2011 12:42 (UTC +04:00)

Rəşad Sadıqov Dubaydan “Eskişehirspor”a qayıdır

Ağdam klubunun direktoru Əmrah Çəlikəl Lent.az-a açıqlamasında hazırda Sadıqovun Türkiyəyə gəlişini gözlədiklərini bildirib.

Onun sözlərinə görə, fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Macarıstan yığması ilə görüşdə iştirak etmiş 29 yaşlı müdafiəçi bu gün “Eskişehirspor”un düşərgəsində olacaq. Artıq iki klub arasında Sadıqovun “Qarabağ”a keçidinə dair razılıq əldə olunub. Yalnız futbolçunun özünün rəsmi anlaşmaya qol çəkməsi qalıb. Çəlikəl bildirib ki, Sadıqovun Ağdam klubuna icarəyə veriləcəyi, yoxsa birdəfəlik transfer ediləcəyinə də danışıqlardan sonra aydınlıq gələcək. Anlaşma əldə olunduqdan sonra təcrübəli oyunçu Bakıya gələrək, “Qarabağ”ın məşqlərinə qatılacaq. Bu halda onun fevralın 13-də “Qəbələ” ilə Unibank Premyer Liqası matçında çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Rəşad Sadıqov ötən yay “Eskişehirspor”la 2 illik müqavilə bağlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar