“Azərbaycan millisi uduzsa da, inkişaf edir”
10 fevral 2011 11:47 (UTC +04:00)

“Azərbaycan millisi uduzsa da, inkişaf edir”

Bu, Hollandiya yığması ilə rəsmi oyun ərəfəsində bizim üçün yaxşı hazırlıq oldu. Ümid edirik ki, həmin qarşılaşmada qalib gələcəyik”. Lent.az-ın məlumatına görə, bunu futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Şandor Evervari yoldaşlıq görüşündə Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Onun fikrincə, komandamızın martın 29-da səfərdə Belçika ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında qalib gəlmək şansı var: “Azərbaycan yığması inkişaf edir. Bunu xüsusilə Türkiyə millisi üzərində qazanılan qələbə göstərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar