Futbol üzrə yoldaşlıq görüşlərinin nəticələri
10 fevral 2011 11:25 (UTC +04:00)

Futbol üzrə yoldaşlıq görüşlərinin nəticələri

Fevralın 9-da dünyanın müxtəlif ölkələrinin futbol yığmaları arasında yoldaşlıq görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların heç biri qələbə qazana bilməyib.

Almaniya İtaliya, Türkiyə Cənubi Koreya, Belçika Finlandiya, Qazaxıstan isə Belarusla “sülh” bağlayıb. Avstriya isə Hollandiyaya uduzub. Lionel Messinin çıxış etdiyi Argentina millisi isə Kriştianu Ronaldunun yer aldığı Portuqaliya yığmasını yenməyi bacarıb. Braziliya Fransaya, Rusiya İrana, Kolumbiya İspaniyaya, Norveç isə Polşaya minimal hesabla məğlub olub.

İran – Rusiya - 1:0
Argentina - Portuqaliya – 2:1
Fransa - Braziliya – 1:0
Almaniya – İtaliya – 1:1
İspaniya - Kolumbiya - 1:0
Danimarka – İngiltərə - 1:2
Belçika - Finlandiya - 1:1
Hollandiya - Avstriya - 3:1
Şotlandiya – Şimali İrlandiya – 3:0
Malta - İsveçrə - 0:0
Polşa - Norveç - 1:0
Estoniya - Bolqarıstan - 2:2
Albaniya - Sloveniya - 1:2
İsveç - Ukrayna - 1:1 (penaltilərlə - 4:5)
Kipr - Rumıniya - 1:1 (penaltilərlə - 4:5)
İsrail - Serbiya - 0:2
Türkiyə - Cənubi Koreya - 0:0
Azərbaycan - Macarıstan - 0:2
Xorvatiya - Çexiya - 4:2
Boliviya - Latviya - 1:2
Makedoniya - Kamerun - 0:1
Belarus - Qazaxıstan - 1:1
Yunanıstan - Kanada - 1:0
Ermənistan – Gürcüstan - 1:2
Lüksemburq – Slovakiya – 2:1
San-Marino - Lixtenşteyn - 0:1
Andorra - Moldova - 1:2
Venesuela – Kosta-Rika – 2:2
Meksika – Bosniya və Herseqovina – 2:0
Honduras – Ekvador – 1:1 (penaltilərlə - 5:6)
Salvador – Haiti – 1:0
Liviya – Benin – 3:2
Tanzaniya – Fələstin – 1:0
Malayziya – Honq Konq – 2:0
Mozambik – Botsvana – 1:1
Konqo – Qabon – 0:2
Svazilend – Zambiya – 0:4
Nigeriya – Syera Leone – 2:1
CAR – Keniya – 2:0
Əlcəzair – Tunis – 0:0
Mərakeş – Niger – 3:0
Misir – ABŞ görüşü təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar