Azərbaycan yığmasının siftə savaşı
09 fevral 2011 18:56 (UTC +04:00)

Azərbaycan yığmasının siftə savaşı

Lent.az-ın məlumatına görə, komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Macarıstan yığması ilə qarşılaşacaq. Saat 21:00-da “Əl Şabab” stadionunda başlanacaq oyunu yerli hakimlər briqadası idarə edəcək. Baş hakim Məhəmməd Əbd Əlkərimə yan xətt hakimləri qismində Əhməd Əl Şəmsi və Sutan Saahu, dördüncü hakim kimi isə Həmid Əli Yusif yardımçı olacaqlar. Qarşılaşmanı AzTV və “İdman Azərbaycan” telekanalları canlı yayımlayacaq.


Əslində millimiz bunadək Ukrayna “Metallist”i ilə də yoldaşlıq görüşü keçirib. Lakin “Metallist”in 1:0 hesablı qələbəsi ilə nəticələnən oyuna komandamız eksperimental heyətlə çıxıb. Üstəlik oyun FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı təqdim gününə düşmədiyindən, reytinqdə də nəzərə alınmayacaq. Amma bugünkü oyunun nəticəsi hər iki yığmanın FİFA reytinqindəki mövqeyinə təsir edəcək.

Fevralın 2-də açıqlanan son reytinq cədvəlində Macarıstan 632 xalla 37-ci, Azərbaycan isə 344 xalla 99-cu pillədə yer alıb. İki komanda indiyədək yalnız dünya və Avropa çempionatlarının seçmə tsikllərində üz-üzə gəlib. Bu oyunların hamısında Macarıstan yığması qələbə qazanıb. Görüşlərin 3-də 3 qol vuran “qırmızı-yaşıllar” eyni sayda böyük hesablı qələbəyə imza atıb. Macarıstan 13, Azərbaycan isə 1 qol vurub.

10 noyabr 1996-cı il. Bakı. Dünya çempionatının seçmə mərhələsi. Azərbaycan – Macarıstan - 0:3

10 sentyabr 1997-ci il. Budapeşt. Dünya çempionatının seçmə mərhələsi. Macarıstan – Azərbaycan - 3:1

10 oktyabr 1998-ci il. Bakı. Avropa çempionatının seçmə mərhələsi. Azərbaycan – Macarıstan - 0:4

8 sentyabr 1999-cu il. Budapeşt. Avropa çempionatının seçmə mərhələsi. Macarıstan – Azərbaycan - 3:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar