FİFA daha bir stadionumuzda beynəlxalq oyunların təşkilinə icazə verdi
Bu haqda Lent.az-a klubun prezidenti Vaqif Qasımov məlumat verib.
Qasımovun sözlərinə görə, bir müddət öncə stadionu yoxlayan FİFA komissiyası fevralın 9-da AZAL-a məktub göndərib. Sənəddə stadionun süni ot örtüyü, eləcə də digər infrastrukturunun bütün tələblərə cavab verdiyi əksini tapıb. Bununla da 3000 nəfərlik tamaşaçı tutumuna malik arenada beynəlxalq oyunların keçirilməsinə dair ilkin razılıq verilib. 30 gün ərzində isə stadiona FİFA-dan beynəlxalq sertifikat veriləcəyi vurğulanıb.
Bunadək Azərbaycanda Tofiq Bəhramov adına Respublika stadionu ilə Lənkəran şəhər mərkəzi stadionunda beynəlxalq oyunların təşkilinə icazə verilirdi. “Şəfa” stadionu isə təbii ot örtüyü sünisi ilə əvəzlənənədək belə bir hüquqa malik olub.
Qeyd edək ki, AZAL stadionunun rəsmi açılış mərasimi mayın 10-da olacaq. Amma fevralın sonlarından meydançada ilk oyunun keçirilməsi nəzərdə tutulub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31