Maradonanın sırğası müsadirə olundu
19 sentyabr 2009 14:00 (UTC +04:00)

Maradonanın sırğası müsadirə olundu

Səbəb vergi borcudur
Dünya futbolunun canlı əfsanəsi, hazırda Argentina milli yığmasının baş məşqçisi olan Diyeqo Armando Maradonanın sırğasını İtaliyanın vergi polisi müsadirə edib.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Buna səbəb futbolçunun bir zamanlar İtaliyanın “Naepol” komandasında oynayarkən vergi borcunun qalmasıdır. Bu borcların ümumi məbləği 54 milyon dollardır.
Vergi polisinin sırğanı Maradona İtaliyanın Merano şəhərindəki “Qrand Hotel Palace” mehmanxanasında olarkən müsadirə etdiyi bildirilir. Brilyant sırğanın dəyəri 5,9 min dollardır.
Məşhur futbolçunun belə halla üzləşməsi də ilk dəf deyil. 3 il əvvəl Neapol şəhərində mətbuat konfransı keçirməyə gələn zaman onun “Rolex” firmasının istehsalı olan 2 bahalı saatı müsadirə olunub.


,
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar