Macarıstanın yığmamızla oyun üçün start heyəti açıqlandı
09 fevral 2011 15:31 (UTC +04:00)

Macarıstanın yığmamızla oyun üçün start heyəti açıqlandı

Lent.az-ın Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Şandor Eqervari start heyətində 4 – 4 – 2 taktikasına üstünlük verəcək.

O, ilk “11-liy”ə 8 legioner, 3 yerli futbolçu daxil edib.

Qapını Qabor Kirali (“Münhen 1860”, Almaniya) qoruyacaq.

Müdafiədə Pol Lazar (“Videoton”), Vantsak Vilmoş (“Syon”, İsveçrə), Roland Yuhaş (“Anderlext”, Belçika), Latski Jolt (“Debretsen”) çıxış edəcək.

Yarımmüdafiəçi qismində Zoltan Gera (“Fulhem”, İngiltərə), Vladimir Koman (“Sampdoriya”, İtaliya), Akos Elek (“Videoton”), Balaj Cucak (PSV, Hollandiya) oynayacaq.

Hücumda isə Gergeli Rudolf (“Cenoa”, İtaliya) və Tomaş Prişkin (“İpsviç Taun”, İngiltərə) yer alacaq.

Qeyd edək ki, “Əl-Şabab” stadionunda keçiriləcək Azərbaycan – Macarıstan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar