Aleks daha iki il “Fənərbağça”da
09 fevral 2011 14:56 (UTC +04:00)

Aleks daha iki il “Fənərbağça”da

Lent.az-ın məlumatına görə, 34 yaşlı hücumçu daha 2 illik anlaşmaya qol çəkib.

Aleks bu istiqamətdə rəhbərliklə danışıqlar zamanı heç bir problemlə üzləşmədiklərini deyib. Onun sözlərinə görə, danışıqlar çox qısa müddətdə yekunlaşıb. “Sambaçı” yeganə istəyinin komandaya fayda verməkdən ibarət olduğunu əlavə edib.

Qeyd edək ki, Aleks de Souza “Fənərbağça”ya 2004-cü ildə Braziliyanın “Kruzeyru” klubundan 5 milyon dollara keçib. O, “sarı-lacivərdlilər”in heyətində 193 matçda 107 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar