Unibank Premyer Liqasının bütün oyunları Bakıda!
09 fevral 2011 13:15 (UTC +04:00)

Unibank Premyer Liqasının bütün oyunları Bakıda!

Lent.az-ın məlumatına görə, mövsümün ikinci yarısının açılış matçı “Bakı” klubuna məxsus təlim-məşq bazasının stadionunda baş tutacaq.

Fevralın 12-də saat 13:30-da həmin meydançada “Turan”ı eyniadlı klub yox, MOİK qəbul edəcək. Stadion problemi ilə üzləşən “hərbçilər”ə “Bakı”dan dəstək gəlib. Paytaxtın eyniadlı komandası isə həmin gün saat 18:30-da “Muğan”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Baxmayaraq ki, mərkəzi arenada ertəsi gün saat 18:00-da son illərin ən prinsipial rəqibləri “Neftçi” ilə “Xəzər Lənkəran” da üz-üzə gələcək.

Ümumiyyətlə, XX turun bütün oyunları Bakıda təşkil olunacaq. Qalan 3 oyunda 2-si “Şəfa”da baş tutacaq. Fevralın 12-də saat 15:00-da AZAL “Gəncə”ni, ertəsi gün saat 16:00-da isə “İnter” “Simurq”u “Şəfa” stadionunda qəbul edəcək. “Qarabağ” da təmsil etdiyi Ağdama yollanmağın əziyyətinə qatlaşmadan “Qəbələ”ni Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadiona dəvət edib. Bu görüş isə saat 14:00-da başlanacaq.

12 fevral (şənbə)

13:30. MOİK (Bakı) – “Turan” (Tovuz)
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.

15:00. AZAL (Bakı) – “Gəncə”
“Şəfa” stadionu.

18:30. “Bakı” – “Muğan” (Salyan)
Tofiq Bəhramov adına Respublika stadionu.

13 fevral (bazar)

14:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

16:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
“Şəfa” stadionu.

18:00. “Neftçi” – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27