Qvardiola “Barselona” ilə müqaviləsini uzadır
09 fevral 2011 12:27 (UTC +04:00)

Qvardiola “Barselona” ilə müqaviləsini uzadır

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci il mövsümünün sonunadək nəzərdə tutulan müqavilə yaxın günlərdə imzalanmalıdır.

Qvardiola motivasiyasını itirməmək üçün qısa müddətli anlaşmaya üstünlük verdiyini dəfələrlə açıqlayıb. O, “Barselona”ya 2008-ci ilin yayında rəhbərlik edib. Gənc mütəxəssis hollandiyalı Frank Raykardı əvəzləyib. Qvardiolanın rəhbərliyi altında “Barsa” iki dəfə İspaniya çempionluğunu və Superkubokunu, 1 dəfə isə ölkə kubokunu və Çempionlar Liqasını qazanıb.

2010-2011-ci il mövsümündə Kataloniya klubu İspaniya çempionatında birinci yerdə gedir. Bu komanda ən yaxın izləyicisi “Real Madrid”i 7 xal qabaqlayır. Fevralın 5-də ardıcıl 16-cı qələbəsini qazanan “Barselona” bu göstəricidə çempionatlar rekordunu təzələyib. İspaniya Kubokunda finala çıxan “Barsa”nı “Real Madrid”, Çempionlar Liqasının 1/8 finalında isə İngiltərə “Arsenal”ı gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27