Adams:” Heyətdə çalışqan futbolçular yer alacaq”
Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gündə iki dəfə məşqə çıxan komandanın heyətində itkilər yoxdur.
Lakin Saşa Yunisoğlunun son məşqlərdən birində belində ağrılar hiss etməsi onun “Qarabağ”la oyunda çıxışını sual altında qoyub. Matç öncəsi kollektivdəki ab-hava ilə bağlı fikirlərini açıqlayan baş məşqçi Toni Adams yeni transferlərin durumunu da dəyərləndirib: “Komandada yüksək psixoloji durum hökm sürür. Hamı üzərinə düşən məsuliyyəti dərk edir. Futbolçularım səylə çalışırlar. Yeni transferlərin kollektivə qatılması heyətdəki rəqabəti artırıb. Onlar artıq komandaya uyğunlaşıblar. O ki qaldı növbəti matçda oynayıb-oynamayacaqlarına, bunu futbolçuların özləri müəyyənləşdirəcəklər. Con Kollinz hələ fiziki olaraq tam hazır deyil. Amma onun qarşıda iki günü var. Özünü yaxşı tərəfdən göstərə bilsə, şans verə bilərəm. Əli Banqura psixoloji və fiziki baxımdan hazırlıqlı görünür. Böyük ehtimalla növbəti 3 qarşılaşmada ondan yararlanacağıq. Nuran Qurbanov “Qəbələ”nin gələcəyinə hesablanmış transferdir. İstedadlı futbolçudur, amma təcrübəsi az olduğundan, xidmətindən məhdud istifadə edəcəyəm. Murad Hüseynovun durumunu isə yığma komandanın düşərgəsindən hansı vəziyyətdə dönməsinə görə dəyərləndirəcəyik”.
Qeyd edək ki, Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 14:00-da başlanacaq.

534