“Xəzər Lənkəran” “Roma”nın sabiq futbolçusunu da aldı
08 fevral 2011 16:45 (UTC +04:00)

“Xəzər Lənkəran” “Roma”nın sabiq futbolçusunu da aldı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Portuqaliyalı sol cinah müdafiəçi Simao Martins Bruno ilə rumıniyalı yarımmüdafiəçi Adrian Florin Pitsdir.

Hər iki oyunçu bir illik anlaşmaya qol qoyub.

25 yaşlı Bruno peşəkar karyerasına Portuqaliyanın “Barreyrense” klubunda başlayıb. O, müxtəlif illərdə Rumıniya və Slovakiya çempionatlarında da forma geyinib. Müdafiədən hücumlara qoşulmağı sevən Simaonun yarımmüdafiəçi mövqeyində də oyun təcrübəsi var. Müxtəlif klublarda 100-dən artıq oyun keçirmiş portuqaliyalı futbolçunun son iş yeri isə Rumıniyanın “Astra” (Ploeşti) klubu olub.

27 yaşlı Pits isə əvvəllər İsveçrənin “Bellinzona” klubunda dörd mövsüm çıxış edib, sonra isə İtaliya “Roma”sı onu sıralarına qatıb. “Roma”da bir neçə oyun keçirən və İtaliya Kuboku oyununda bir qol ötürməsi ilə də yadda qalan Pits İtaliya B Seriyası klublarında da oynayıb. Təcrübəli yarımmüdafiəçinin son klubu Rumıniyanın “Universitatya” (Kluj) komandası olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar