Abramoviç Hiddinki “Çelsi”yə qaytarır
08 fevral 2011 16:22 (UTC +04:00)

Abramoviç Hiddinki “Çelsi”yə qaytarır

Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, Abramoviç əvvəllər “Çelsi”nin baş məşqçisi kimi çalışmış Hiddinkə idman direktoru postunu təklif etmək niyyətindədir. Onun fikrincə, hollandiyalı mütəxəssis müqaviləsi 2011-ci ilin yayında başa çatacaq Frank Arneseni əvəzləyə bilər. Rusiyalı milyarderin hazırkı baş məşqçi Karlo Ançelottini azad etmək niyyəti yoxdur. Ançelotti komandanın sükanı arxasında ən azı bir mövsüm də qalmalıdır. Hiddink isə ona kömək edəcək.


Əvvəllər “Çelsi”nin idman direktoru postuna namizəd qismində İspaniya “Barselona”sından ayrılan Çiki Begiristaynla “Vest Hem”in baş məşqçisi Avram Qrantın adları hallanırdı.


Qeyd edək ki, Qus Hiddink 2009-cu ilin fevralından mayınadək “Çelsi”nin baş məşqçisi olub. Həmin vaxt o, komandaya İngiltərə Kubokunu, ölkə çempionatının bürünc medalını qazandırıb, Çempionlar Liqasında isə yarımfinal həyəcanı yaşadıb. Hazırda onun rəhbərlik etdiyi Türkiyə millisi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində qeyri-sabit çıxış edir. Mətbuat iddia edir ki, “ay-ulduzlu” komanda martın 29-da öz meydançasında Avstriyanı yenə bilməsə, Hiddink istefaya göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27