Bakıda 1 milyard dollarlıq stadionun inşasına başlandı - FOTO
08 fevral 2011 14:39 (UTC +04:00)

Bakıda 1 milyard dollarlıq stadionun inşasına başlandı - FOTO

Lent.az-ın məlumatına görə, bu barədə tikintini həyata keçirəcək Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkətindən açıqlama verilib.

Xəbərdə olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.

TOCA Memarlıq ofisinin memarı Erdinç Çiftçi bildirib ki, stadion 36 aya tikiləcək. Stadion bir-birinin içinə dolanan halqa görüntüsü ilə diqqəti çəkəcək. Bu arena Bakının ən görkəmli qurğularından birinə çevriləcək. Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahədə tikiləcək stadion FİFA standartlarına uyğun olacaq.

Çiftçi Azərbaycanda daha öncə fərqli layihələri də həyata keçirdiklərini xatırladıb. O, olimpiya stadionundan əlavə gələcəkdə digər böyük idman layihəsi olacaq Bakı Milli Arenası üçün də təklif verdiklərini açıqlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1849

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27