“Qəbələ”nin futbolçuları İngiltərə radiosunda
08 fevral 2011 14:00 (UTC +04:00)

“Qəbələ”nin futbolçuları İngiltərə radiosunda

Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 8-də “Mançester Yunayted”lə qarşılaşacaq komandamız bundan bir gün əvvəl Liverpulda matç öncəsi son məşqinə çıxıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “qırmızı şeytanlar”ın əsas komandasının məşq etdiyi Karrinqtonda baş tutacaq. “Qəbələ” “Liverpul”, “Everton”, “Blekbern” və “Şeffild Yunayted” kimi tanınmış və köklü klublarla da üz-üzə gələcək ilk klubumuz kimi Azərbaycan futbol tarixinə adını yazdıracaq.

14 yaşlı futbolçular İngiltərədə təkcə futbol oynamaqla kifayətlənməyəcəklər. Yerli medianın diqqət mərkəzinə düşən “Qəbələ” “Mersisayd Radio”dan dəvət alıb. Bu gün komandanın 2 futbolçusu radionun qonağı olacaq və dinləyiciləri “Qəbələ”, Azərbaycan və ölkə futbolu haqqında məlumatlandıracaqlar. Azərbaycanlı futbolçuların ölkəmizi tanıtmaq məqsədilə bir neçə belə tədbirdə iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27