Azərbaycan – Macarıstan matçının hakimləri məlum oldu
08 fevral 2011 13:28 (UTC +04:00)

Azərbaycan – Macarıstan matçının hakimləri məlum oldu

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərini təmsil edən hakimlər briqadası idarə edəcək.

Baş hakim Məhəmməd Əbd Əlkərimə Əhməd Əl Şəmsi və Sutan Saahu yan xətt hakimləri, Həmid Əli Yusif isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Dubay şəhərindəki “Əl Şabab” stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar