“Barselona”nın ulduzu Şakira ilə görüşdüyünü etiraf etdi - FOTO
08 fevral 2011 11:01 (UTC +04:00)

“Barselona”nın ulduzu Şakira ilə görüşdüyünü etiraf etdi - FOTO

Lent.az-ın məlumatına görə, bu barədə Pike “Twitter” xidmətindəki bloqunda yazıb.

İspaniya nəşrləri bir neçə aydır futbolçu ilə müğənninin mümkün əlaqələrini müzakirə edirlər. Onların fikrincə, cütlüyün münasibətləri 2010-cu il dünya çempionatı vaxtı yaranıb. Şakira Mundialın xüsusi qonağı olub və yarışın rəsmi himnini oxuyub. KİV iddia edir ki, Pikeyə görə Şakira hətta 11 ildir görüşdüyü Antonia de la Ruadan ayrılıb və Barselonaya köçüb. Kataloniya komandasının futbolçusu isə pop ulduzu ilə əlaqələrini qətiyyətlə təkzib edirdi.

Lakin mətbuat tanınmış müdafiəçini dinc buraxmayıb. Bir sıra nəşrlər hətta sevgili cütlüyün fotoları üçün 150 min avro məbləğində mükafat da müəyyənləşdirib. Bundan sonra paparatsilər futbolçunun evi qarşısında sutkalıq növbə çəkiblər. Yekunda vəziyyətə “Barselona”nın baş məşqçisi Pep Qvardiola müdaxilə edib. O, Pikedən situasiyaya aydınlıq gətirməsini tələb edib. Öz növbəsində oyunçu “Twitter”dəki bloqunda Şakira ilə fotosunu dərc edib. Şəkildə onlar birgə nəzərə çarpırlar.

Qeyd edək ki, Xerard Pike ilə Şakira arasında 10 il yaş fərqi yar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar

Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27