Taekvondoçularımızdan 3 qızıl, 2 gümüş, 3 bürünc medal
07 fevral 2011 14:50 (UTC +04:00)

Taekvondoçularımızdan 3 qızıl, 2 gümüş, 3 bürünc medal

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sayca 20-ci dəfə keçirilmiş yarışda idmançılarımız 3 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar.

33 kq çəki dərəcəsində final görüşü isə azərbaycanlı taekvondoçular arasında olub. Anar Mehtiyev (33 kq), Babək Əjdərli (37 kq) və Aliyə Zeynalova (29 kq) qızıl medallara sahib olublar. Tağı Tağızadə (33 kq) ilə Leyla Cəfərova (33 kq) gümüş, Mahmud Həsənov (41 kq), Nicat Fərəcov (53 kq) və Mirxanım Ağayeva (41 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, ənənəvi turnirdə bu dəfə 41 ölkədən 150 komandanın heyətində 1000-dən artıq idmançı mübarizə aparıb. Yeniyetmələrin baş məşqçisi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayevin rəhbərlik etdiyi yeni heyətdən ibarət yığma seçmə komandamız “Trelleborq Open”i ən yüksək nəticə göstərən komandalar arasında başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar