”Xəzər Lənkəran”dan daha 2 transfer
07 fevral 2011 14:42 (UTC +04:00)

”Xəzər Lənkəran”dan daha 2 transfer

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rumıniyalı Xristu Romana Kyaku və Nikulae Konstantin Muşatla 1 illik müqavilə bağlanılıb.

Hücumameylli yarımmüdafiəçi olan 24 yaşlı Kyaku Lənkəran komandasına Buxarest “Dinamo”sundan qoşulsa da, son iki ili digər Rumıniya klubu “Timişoara”nın heyətində icarədə keçirib. Futbolçu vaxtilə ölkəsinin 21 yaşlılardan ibarət milli yığmasına da çağırılıb və 3 qola imza atıb. Rumıniyanın müxtəlif klublarından əlavə Polşa “Visla”sının da şərəfini qorumuş Kyaku üçün “Xəzər Lənkəran” çıxış etdiyi ikinci xarici komandadır.

Ötən ilin dekabrında 24 yaşı tamamlanan Muşat isə sol cinah yarımmüdafiəsidir. Yeni transfer Rumıniyanın “Dinamo” (Buxarest) klubunun yetirməsidir və “Xəzər Lənkəran”a məhz oradan gəlib. Muşat karyerası ərzində icarə əsasında Rumıniyanın müxtəlif klublarının da formasını geyinib ki, bunlardan “Universitatya Kluj” və “Unirea”nı qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar

“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20