Ronaldu “Real”da rekord müəyyənləşdirdi
07 fevral 2011 14:07 (UTC +04:00)

Ronaldu “Real”da rekord müəyyənləşdirdi

Lent.az-ın məlumatına görə, ölkə çempionatının 22-ci turunda “Real Sosyedad”ın qapısından iki top keçirən portuqaliyalı yarımmüdafiəçi yeni rekordun müəllifi olub.

Onun Primerada 50 qol vurmasına cəmi 51 oyun kifayət edib. Əvvəlki nailiyyət Ferents Puşkaşa məxsus olub. Macarıstanlı hücumçu 54 oyuna 50 qol vurub. Üçüncü yeri isə 56 oyunda bu qədər fərqlənmiş Alfredo Di Stefano tutub.

Qeyd edək ki, “Real Madrid” “Real Sosyedad”ı 4:1 hesablı məğlubiyyətə uğradıb. İspaniya çempionatında 22 turdan sonra Kriştianu Ronaldu və “Barselona”lı Lionel Messi hərəyə 24 topla bombardirlər siyahısına başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar