Tofiq Bəhramov adına stadion təmirə bağlanır
Tofiq Bəhramov adına Respublika stadionu martın 14-dən təmirə bağlanılacaq. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, həmin gün stadionun meydançasının ot örtüyünün təmirinə başlanılacaq. Təmir işlərini Bolqarıstanın “Bayk Plus Ltd” şirkəti həyata keçirəcək. Artıq şirkətin rəhbəri Borislav Kolev meydançanın vəziyyəti ilə tanış olub. 3 həftəlik müddəti əhatə edəcək təmir prosesində meydançaya xaricdən gətirilmiş toxum, dərman və gübrələr səpiləcək.
İsmayılov təmir müddəti ərzində Respublika stadionuna təqvim üzrə cəmi bir oyunun düşdüyünü söyləyib. 18-19 marta təsadüf edəcək “6-lıq” mərhələsinin qarşılaşması başqa stadionda keçiriləcək: “Stadionumuzda “Neftçi” və “Bakı” klubları ev oyunlarını keçirir. Bəzən bu komandalar ardıcıl iki gün ərzində ev oyunlarını bizim meydançada keçirirlər. Bu isə ot örtüyünə mənfi təsir göstərir. Ona görə də Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırmışam ki, “6-lıq” mərhələsi zamanı tur ərzində stadionumuza birdən artıq oyun salınmasın”.
Təmir işləri ən azı 20 günədək davam edəcək. Stadion direktorunun fikrincə, apreldən etibarən meydançada oyunların keçirilməsinə tədricən başlamaq olar. İsmayılov təbii ot örtüyünün süni örtüklə əvəzlənməyəcəyini də əlavə edib: “Bu, bir fikir, ideya idi. Bizə belə bir təkliflə müraciət etmişdilər. Əslində müasir süni örtüklü meydançalar keyfiyyəti ilə fərqlənirlər. Bu, həm də stadiona qulluq baxımından ən sərfəli yoldur. Amma belə qərara gəldik ki, meydançamızın təbii örtüyü sünisi ilə əvəzlənməsin”.
Elşən MƏMMƏDOV

843