Pyer van Hoydonk Türkiyə yığmasında
Lent.az-ın məlumatına görə, 2010-cu ildən “ay-ulduzlular”a rəhbərlik edən Hiddink Türkiyə futbolunu yaxından bilən köməkçi tapmaq istəyib.
Belə mütəxəssis isə 41 yaşlı van Hoydonk olub. Sabiq forvard 2003 – 2005-ci illərdə “Fənərbağça” klubunda çıxış edib və iki dəfə Türkiyə çempionu olub. O, Türkiyə Futbol Federasiyası ilə 2012-ci il Avropa çempionatının sonunadək müqavilə bağlayıb. Van Hoydonk eyni zamanda Türkiyənin ikinci yığmasına rəhbərlik edəcək.
Qeyd edək ki, Türkiyə millisi 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə birgə A qrupunda yer alıb.

864