“Baku Fires” növbəti sınaq qarşısında
03 fevral 2011 09:58 (UTC +04:00)

“Baku Fires” növbəti sınaq qarşısında

Lent.az-ın məlumatına görə, döyüşdən 3 gün öncə hər iki komanda heyətini açıqlayıb.

Bu dəfə komandamızın heyətində 2 əcnəbi boksçu – monqolustanlı Nayambayar və Gürcüstan milli komandasının üzvü Koba Pxakadze çıxış edəcək. Nayambayar Mirjan Rahimjanovla, Pxakadze isə Yerjan Mussafirovla üz-üzə gələcək. “Baku Fires”in heyətində bütün görüşlərini qələbə ilə başa vuran Soltan Migitinov Pekin Olimpiadasının və 2007-ci ilin Dünya çempionatının bürünc mükafatçısı Salyam Kanatla qarşılaşacaq. Rəqibin heyətində yeganə legioner özbəkistanlı Sərdor Abdullayev olacaq. Onu WSB liqasında reytinq cədvəlində birinci olan Məhəmmədrəsul Məcidov sınağa çəkəcək.
54 kq
Tuqsoqot Nayambayar (“Baku Fires”) – Mirjan Rahimjanov (“Asrana Arlans”)
61 kq
Koba Pxakadze – Yerjan Mussafirov
73 kq
Soltan Migitinov – Salyam Kanat
85 kq
Rizvan Əlimuradov – Marat Moldageyev
91+kq
Məhəmmədrəsul Məcidov – Sərdor Abdullayev
Qeyd edək ki, bu, komandamızın Qazaxıstan klubu ilə 3-cü görüşü olacaq. Buna qədər keçirilən hər iki görüşdə “Baku Fires” qalib gəlib. “Baku Fires” 7 turdan sonra 100 faizlik nəticə ilə qrupun vahid lideridir. “Astana Arlans” isə 2-ci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar