“Xəzər Lənkəran”la oyun öncəsi “Neftçi” şokda
Lent.az-ın məlumatına görə, flaqmanın belçikalı hücumçusu Emil Mpenza ayyarımlıq sıradan çıxıb.
Türkiyənin Antalya şəhərindəki birinci təlim-məşq toplanışında ayağından ağrılar hiss edən Mpenza ikinci hazırlıq dönəmində ilkin tibbi müayinədən keçirilib. Yanvarın 31-də isə o, klub rəhbərliyinin icazəsi ilə tam müayinə olunmaq üçün Belçikaya yollanıb. Fevralın 2-də onun Belçikadakı həkimi ilə ətraflı fikir mübadiləsindən, eyni zamanda tibbi müayinənin “Neftçi”yə göndərilməsindən sonra qərara alınıb ki, Mpenza fevralın 4-də cərrahiyyə əməliyyatı olunsun. Belçikadakı həkimlərin rəyinə əsasən, hücumçu 1 - 1,5 aydan sonra yaşıl meydançaya qayıtmalıdır.
Bununla əlaqədar Mpenza "Neftçi"nin rəsmi saytına bunları deyib: “Çox təəsüflənirəm ki, belə hal baş verdi. Mənim meydançada tam gücümlə oynamaq üçün əməliyyat edilməyim mütləqdir. Bu gün şəxsən “Neftçi”nin prezidenti Sadıq Sadıqovla telefon danışığımda təəssüfləndiyimi bildirdim və söz verdim ki, “6-lıq” oyunlarında vuracağım qollarla komandamızın qızıl medallar qazanmasına yardımçı olacağam”.

599