Rəşad Sadıqov: “Məhəllədə də olsa, oynamaq istəyirəm” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının və Türkiyənin “Eskişehirspor” klubunun futbolçusu Rəşad Sadıqovun Lent.az-a müsahibəsi
- “Eskişehirspor”un əsas heyətinin daimi oyunçusuna çevrilə bilməməyiniz nə ilə əlaqədardır?
- Baş məşqçimiz Bülənt Uyğunun siyasəti belədir. Diqqət yetirsəniz, heyətimizdəki bir çox tanınmış futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir. Kim bu gün yaxşı oynadısa, gələn tur da oynayacaq. Uğurlu nəticə oldusa, həmin heyətə güvənəcək. Uyğun “Gənclərbirliyi” ilə qarşılaşmada bosniyalı Safet Nadareviç cəzalı olduğu üçün mənə şans verdi. Ötən tur “Konyaspor”la qarşılaşmada isə Nadareviç yenidən əsas heyətdə yerini aldı. İndi şansımı gözləyirəm ki, müdafiəçilərdən kimsə zəif çıxış etsə, mən də oynayım.
- Amma deyəsən, şansınızı gözləməyiniz alınmayacaq. Çünki “Qarabağ”ın Azərbaycanda qış transfer pəncərəsinin bağlanacağı fevralın 11-dək Sizinlə anlaşmağa çox yaxın olduğu bildirilir...
- Düzdür, mətbuatda yazırlar, amma belə bir şey yoxdur. Olsa, açıqlayaram. Belə söhbət ümumiyyətlə yoxdur. Nə klub rəhbərliyi, nə baş məşqçimizlə danışmışam, nə “Qarabağ” rəhbərliyi ilə bu barədə ətraflı söhbət olub. Mən “Qarabağ”da 2 il futbol oynamışam, heç vaxt ətraflı müqavilə söhbəti etməmişəm. “Budur-budur, oldu, qurtardı getdi”. “Qarabağ”a qayıtmaq istəsəm, təklif də lazım deyil. İki il ərzində bu klubla elə bağlılıqlar oldu, ayrılanda da elə gözəl ayrıldıq ki, nə vaxt istəsəm, qapılarını döyüb girəcəyəm, yenə o komandanın futbolçusu olacağam. “Qarabağ” mənə özgə deyil, doğma komandadır.
- Ümumiyyətlə, “Qarabağ”la bu barədə danışığınız olub?
- Ötən həftə “Qarabağ”dan mənə dedilər: “İstəyirik gəlib bizə köməklik edəsən”. Belə bir danışığımız oldu. Mən isə karyeramı burada davam etdirmək, oynayıb uğur əldə etmək istədiyimi bildirdim. Onlar da yaxşılığımı arzuladıqlarını söylədilər. “Sadəcə, istərdik ki, bizə kömək edəsən, çətin vəziyyətdəyik. Qarşımızda Avropa Liqasına düşmək məqsədi qoyulub” dedilər. Mən isə “Bu gün fikrim “Eskişehirspor”da qalmaqdır” söylədim. Həmin vaxt yanvarın 22-də keçirdiyimiz “Gənclərbirliyi” ilə oyundan sonra idi. Nə ondan əvvəl, nə də sonra transfer barədə söhbətimiz olub. Olsa, açıqlayacağam. Belə bir danışığın olduğunu bildirəcəyəm. Heç kimdən çəkinəcəyim yoxdur. Bu, mənim şəxsi karyeramdır. Nə vaxt, necə qərar verəcəyəmsə, istədiyim kimi edəcəyəm. Bu günədək mən “Eskişehirspor”dayam. Məşqlərə çıxıram, əlimdən gələni edirəm ki, əsas heyətdə yerimi qaytarım. Başqa qərar versəm, hamının xəbəri olacaq.
- Qarşıdakı turda fevralın 6-da səfərdə “Qalatasaray”la qarşılaşacaqsınız. Sonra yığmamızın Macarıstanla yoldaşlıq görüşü olacaq. Yəni, fevralın 11-dək çox qısa vaxt qalıb. Bu müddətdə hər hansı qərar verə biləcəksiniz?
- Bu gün belə bir situasiya yaranıb: Mən oynamaq istəyirəm. Məni yaxşı tanıyanlar da bilir ki, Rəşad Sadıqov həmişə oynamaq istədiyi yerə gedib, həmişə çalışıb ki, oynasın. Mən futbolu çox sevirəm, futbolun xəstəsiyəm. Oynamayanda narahat oluram, başqa cür oluram. Azərbaycan yığmasının kapitanıyam, qarşıdakı 4 ay ərzində bizi 3 ağır oyun gözləyir. Oyun praktikasını da nəzərə almaq lazımdır. Bu günkü durum məni qane etmir, edə də bilməz. Bu, təbiidir. Bu söz-söhbətlər mənim necə insan olmağımdan yaranıb. Komandamı dəyişdirə biləcəyim yeganə yer “Qarabağ”dır. Türkiyənin başqa klubuna gedə bilmərəm. Baxmayaraq ki, mənə Türkiyə klublarından təkliflər olub. Lakin qaydalar mövsüm ərzində 3 ayrı-ayrı klubda çıxış etməyimə icazə vermir. Mövsümün əvvəlində “Qarabağ”da 2 oyun keçirmişəm, sonra “Eskişehirspor”a gəlmişəm. Mövsüm boyu üçüncü komandada çıxış edə bilməzsən. Hazırda Zvyezdan Misimoviç “Qalatasaray”da eyni çətinliyi çəkir. Mövsümün əvvəlində Almaniyanın “Volfsburq” komandasında çıxış edib, sonra “Qalatasaray”a gəlib, indi də başqa komandaya keçə bilmir. Əvəzedici komanda ilə məşq edir. Bu nöqteyi-nəzərdən düşünsəm ki, mənə mütləq oyun praktikası lazımdır, amma “Eskişehirspor”da çıxış edə bilməyəcəyimi anlasam, klub rəhbərliyi də mənə heç bir problem yaratmasa, o zaman “Qarabağ”ın təklifi üzərində düşünmək olar. Amma hələ tezdir. 9 gün var. Heç o fikirdə də deyiləm.
- Bu barədə “Eskişehirspor” rəhbərliyinə bir söz deməmisiniz?
- Nəinki klub rəhbərliyi, heç baş məşqçimiz Bülənt Uyğun da məlumatlı deyil. Mən burada mübarizə aparıram, əsas heyətə düşmək istəyirəm.
- Baş məşqçiyə oynamaq istədiyinizi demisiniz?
- Xeyr, bu barədə baş məşqçi ilə qətiyyən söhbətimiz olmayıb.
- Uyğunla münasibətləriniz necədir?
- İnanın, onun mənə qarşı gözəl münasibəti var. Deyib-gülür, mənə inanır. Sadəcə, vəziyyət elə gətirib ki, o da qalib heyətə güvənməli olur. Uyğunu da başa düşürəm. Komandası uğurlu çıxış edibsə, o futbolçuların haqqını yeyə bilməz. Mən heç kimi qınamıram. Vəziyyət belə gətirib. Zədələnəndən sonra belə ab-hava yarandı. Zədələnməsəydim, belə söz-söhbət yox idi, şans verirdi, oynayırdım, mənə inanırdı. İnanmasaydı, heç oynatmazdı. Zədələnəndən sonra bir az problemlər oldu. Görək, başımıza nə gəlir.
- “Qarabağ”a qayıdışınız nə dərəcədə realdır?
- Bu gün məşqdə idim. Var gücümlə çalışırdım ki, baş məşqçinin “gözünə girim”. Uyğun görsün ki, hazıram, ruhdan düşmürəm. Lazım olanda mənə inana bilsin. Necə ki “Gənclərbirliyi” ilə qarşılaşmada mənə inandı, iki aydan sonra oynatdı. Bunların hamısını məşqlərdə, yoldaşlıq oyunlarında göstərirdim. Eyni qaydada davam edirəm. Sabah başqa məsləhət olsa, mətbuata deyəcəyəm, heç nəyi gizlədən deyiləm. Cinayət etmirik ki nəyisə gizlədim. Hamı bilir ki, açıq danışanam. Hansı qərarı qəbul etdiyimi deyirəm.
- “Qarabağ” rəhbərliyi də “İnşallah, qısa müddətdə Rəşad Sadıqovun keçidini həll edəcəyik” deyir...
- Düzü, oynamağı çox istəyirəm. Amma uğursuzluq olanadək Uyğunun yenə əvvəlki heyətə şans verəcəyi aydın məsələdir. Dünyanın ən yaxşı komandasında olsam belə, bu durum məni qane etməz. Oynamaq istəyirəm. Məhəllədə də olsa, oynamaq istəyirəm. Futboldan ləzzət almaq, futbolla yaşamaq, qələbələrdə, məğlubiyyətlərdə, prinsipial oyunlarda iştirak etmək istəyirəm. 5 gün, 10 gün, 15 gün həvəslə məşq edirsən, sonra ruhdan düşməyə başlayırsan. “Onsuz da oynamıram, məşqlərdə özümü niyə çox əziyyətə salıram?” deyirsən. Oyunlara motivasiya olmaq da çətinləşir.
- Yığmamızın fevralın 9-da Macarıstanla keçirəcəyi yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Yoldaşlıq görüşü olsa da, bizim üçün çox vacib oyundur. Belçika ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi son sınağımız olacaq. Nəyimiz varsa, meydançada qoymalı, mübariz oyun göstərməli, rəqibə qarşı sərt oyun sərgiləməliyik.
Elşən MƏMMƏDOV

1195