AZAL-dan daha bir müqavilə
Lent.az-ın məlumatına görə, bu, sonuncu klubu Bolqarıstan "Levski"si olan Enyo Krastovçevdir.
AZAL-ın Antalyada Ukrayna “Volın”ı ilə keçirdiyi yoxlama oyununda baxışdan keçirilən Krastovçev yaxşı təsir bağışlayıb və hətta bir qol da vurub. Məşqçilər korpusu bundan sonra rəhbərliyə onun komandaya cəlb oluması haqda təklif verib. Nəhayət, qısa danışıqlardan sonra bu forvardın keçidini rəsmiləşdirmək mümkün olub. Artıq 27 yaşlı hücumçu ilə iki illik müqavilə bağlanılıb. Krastovçev fevralın 2-də Bakıya gələcək.
Beləliklə, qış hazırlıq mərhələsində daha 3 yeni futbolçu – latviyalı müdafiəçi Ritus Kryauklis, albaniyalı dayaq yarımmüdafiəçisi Mənsur Limani və belaruslu hücumçu Gennadi Bliznyukla heyətini gücləndirən AZAL transfer fəaliyyətini yekunlaşdırıb.

1021