Çempionlar Liqası “Sivasspor”luq deyil
05 avqust 2009 10:15 (UTC +04:00)

Çempionlar Liqası “Sivasspor”luq deyil

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub. Lent.az-ın məlumatına görə, Belçikanın “Anderlext” komandası Türkiyə vitse-çempionu “Sivasspor”u qitənin ən nüfuzlu klub turnirində mübarizədən kənarlaşdırıb.

Avqustun 4-də keçirilmiş ÇL-in III təsnifat mərhələsinin cavab görüşündə “Sivasspor” 3:1 hesablı qələbə qazansa da, ilk matda 0:5 hesablı məğlubiyyəti üzündən turnirlə vidalaşıb.

Ümumiyyətlə, cavab qarşılaşmalarının nəticələrinə əsasən, “Anderlext”lə yanaşı, “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan), “Zalsburq” (Avstriya) və “Sportinq” (Portuqaliya) də pley-off mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası
III təsnifat mərhələsinin cavab görüşləri

“Makkabi” (Hayfa, İsrail) – “Aktobe” (Qazaxıstan) – 4:3
İlk oyun – 0:0

“Panatinaikos” (Yunanıstan) – “Sparta” (Çexiya) – 3:0
İlk oyun – 1:3

“Sivasspor” (Türkiyə) – “Anderlext” (Belçika) – 3:1
İlk oyun – 0:5

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Zalsburq” (Avstriya) – 1:2
İlk oyun – 1:1

“Tvente” (Hollandiya) – “Sportinq” (Portuqaliya) – 1:1
İlk oyun – 0:0

ÇL-in növbəti mərhələsinə vəsiqə qazanacaq daha 10 klubun adı bu gün müəyyənləşəcək. “Bakı” klubu Sofiyada Bolqarıstanın “Levski” komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22:30-da başlanacaq oyun Georgi Asparuxov adına stadionda keçiriləcək. Oyunu Stefan Yohanessonun başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında iyulun 28-də Bakıda baş tutmuş qarşılaşmada heç-heçə qeydə alınıb – 0:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1207

Oxşar yazılar