Azərbaycan klubları Ukrayna və Kipr komandalarını darmadağın etdi
Lent.az-ın məlumatına görə, fevralın 1-də Azərbaycanın turnirdəki 3 təmsilçisindən 2-si ilk görüşlərini keçirib.
“Lokomotiv” klubu Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində Kiprin “Apollon” klubunu qəbul edib. 2500 tamaşaçının izlədiyi oyun komandamızın qələbəsi ilə yekunlaşıb – 3:0 (25:19, 25:15, 25:18).
“Azərreyl” isə Ukraynanın Odessa şəhərində “Ximik”in qonağı olub. Bu görüşdə də komandamız qələbə qazanıb – 3:0 (25:14, 25:18, 25:13).
Qeyd edək ki, Azərbaycanın daha bir klubu – “İqtisadçı” ilk görüşünü fevralın 2-də Rumıniyanın Bakau şəhərində “Stiinka”ya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Təkrar görüşlər fevralın 8-də olacaq.

667