UEFA klubların bahalı transferlərinə reaksiya verdi
02 fevral 2011 12:06 (UTC +04:00)

UEFA klubların bahalı transferlərinə reaksiya verdi

Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən açıqlamada klubların maliyyə “Fair Play”inə əməl etməli olduqları xatırlanır.

Qitə futbol qurumu bu prinsipin klubların transferlərə pul xərcləməsini qadağan etmədiyini, lakin mövsümün sonunda gəlir və xərclərin balansına əməl edilməsinin vacib olduğunu vurğulayıb: “Klubların uzunmüddətli inkişaf strategiyasını bilmədən konkret situasiyaya şərh vermək çətindir. Şübhəsiz ki, həyata keçirilən transferlər klubların 2012 və 2013-cü illərdə hesabatının nəticələrinə təsir göstərəcək. İlk illərdə klublar itkisizlik tələblərinə riayət etməlidirlər. Onlar bu qaydanı və UEFA-nın onları ciddi yerinə yetirmə niyyətini bilirlər. Məsələn, bu yaydan etibarən klubların transferlərə və yeni əməkdaşlara xərclərini onların maliyyə fəaliyyətinə nəzarət komissiyası izləyəcək. UEFA əmindir ki, klublar maliyyə “Fair Play”inin mahiyyətini bilirlər. Məqsəd isə klublara 4-6 transfer pəncərəsi ərzində gəlir və xərclərini balanslaşdırmaqda kömək etməkdir. Bununla əlaqədar qaydalara əməl olunma səviyyəsi izləniləcək, habelə, bu vacib məqsədə çatmaqda kömək üçün klublarla birgə iş davam etdiriləcək”.

Klubların maliyyə hesabatlarının yoxlanılması nəticəsində transfer və əmək haqlarını vaxtında ödəyə bilməyənlər 2014-2015-ci il mövsümündən etibarən Çempionlar Liqasından kənarlaşdırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar