“Neftçi” Bosniya Hersoqovina klubunu da məğlub etdi
02 fevral 2011 09:39 (UTC +04:00)

“Neftçi” Bosniya Hersoqovina klubunu da məğlub etdi

Lent.az-ın məlumatına görə, flaqman Bosniya Hersoqovinanın "Çelik Zenitsa" komandası ilə üz-üzə gəlib.

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun da izlədiyi oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə nəticələnib – 1:0. Yeganə qolu 65-ci dəqiqədə Flavinyonun ötürməsindən sonra Bahodir Nasimov vurub. "Neftçi"nin start heyətində Elçin Sadıqov, Denis Silva, İqor Mitreski, Ruslan Əmircanov, Tərlan Quliyev, Yasin Hima, Slavço Georgievski, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Araz Abdullayev, Bahodir Nasimov yer alıb. İkinci hissədə Slavço Georgievski, Rəşad Abdullayev və Araz Abdullayevun əvəzinə Ruslan Qurbanov, Mirhüseyn Seyidov və Flavinyo oyuna daxil olub.

48-ci dəqiqədə futbolçular bir-birlərinə qarşı kobud oynayıblar. Hakim Mirhüseyn Seyidovla Zoran Brkoviçə qırmızı vərəqə göstərib. Lakin qarşılıqlı razılığa əsasən komandalar tam heyətlə mübarizəni davam etdiriblər. Qovulanları isə yeni futbolçular əvəzləyiblər. “Neftçi”nin heyətində Elmar Baxşıyev meydançaya çıxıb. 66-cı dəqiqədə İqor Mitreskini Tural Nərimanov əvəzləyib. 77-ci dəqiqədə Yasin Hima ilə Cavid İmamverdiyevin əvəzinə meydana Kərim Diniyevlə Eltun Yaqublu çıxıb. 82-ci dəqiqədə baş məşqçi Arif Əsədov daha bir gənc futbolçunu meydana buraxıb. Malik Babayev Bahodir Nasimovu əvəzləyib. Bu əvəzləmələr matçın nəticəsinə təsir etməyib.

Nəticədə “Neftçi” ikinci toplanış müddətində keçirdiyi üçüncü yoxlama matçından da qalib ayrılıb. Əvvəlki qarşılaşmalarda flaqman Ukrayna "Arsenal"ını 2:1, Avstriya "Şturm"unu isə 2:0 hesabı ilə yenib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar

“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20