Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
01 fevral 2011 17:58 (UTC +04:00)

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

Lent.az-ın məlumatına görə, Mərkəzi Bankın inzibati binasında təşkil olunan tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlara layiq yerlər tutan şahmatçıları təbrik edib.

O, ölkə çempionatının gərgin mübarizə şəraitində keçdiyini bildirib. E.Rüstəmov bunu Azərbaycanda şahmata dövlət səviyyəsində göstərilən qayğı ilə əlaqələndirib. Daha sonra qadınların yarışında birinci yeri tutan Türkan Məmmədyarova, ikinci yeri tutan Zeynəb Məmmədyarova və üçüncü yerin sahibi Gülnar Məmmədova medal, diplom və pul mükafatları, qalan 9 pillənin sahiblərinə isə diplom və pul mükafatları təqdim edilib.

Türkan Məmmədyarova çempionatın yüksək səviyyədə keçdiyini bildirib. T.Məmmədyarova qadın şahmatçılarımızın gücləndiklərini və bunun komanda hesabındakı nəticələrdə özünü göstərəcəyinə ümid etdiyini əlavə edib. O, qarşıdakı Avropa çempionatında daha yaxşı nəticələr göstərəcəklərinə ümid etdiyini söyləyib.

Kişilərin mübarizəsində birinci yeri Nicat Məmmədov, ikinci yeri Rüfət Bağırov, üçüncü yeri isə Qədir Hüseynov tutub. Onlara da medal, diplom və pul mükafatları verilib. Qalan 9 pilləni tutanlar isə diplom və pul mükafatlarına sahib olublar.

Nicat Məmmədov mükafata layiq yerlər tutan digər şahmatçıları təbrik edib. O, çempionatın xüsusən son turlarında gərgin mübarizənin getdiyini vurğulayıb. N.Məmmədov bütün şahmatçılara uğurlar arzulayıb.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar

“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20