Visente del Boske “Barselona”nı hələ çempion görmür
Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Marca”ya açıqlamasında mübarizənin hələ qabaqda olduğunu bildirib.
Lider “Barselona”nın ən yaxın izləyicisi “Real”ı 7 xal qabaqlamasına baxmayaraq, Del Boske hələ 17 turun qaldığını xatırladıb: “Qarşıdakı 17 tur ərzində 51 xal yığmaq mümkün olacaq. Bu isə az deyil. Yaddan çıxarmayaq ki, “Barsa” “Erkules”lə son matçında problemlərlə üzləşib. Sadəcə, futbolda bütün matçları qələbə ilə başa vurmaq çox çətindir. “Real”la “Barselona”nın müqayisəsinə gəldikdə, oyun üslubları fərqli olsa da, hər iki komanda yaxşı oyun sərgiləyir”.
Qeyd edək ki, “Barselona” 21 turdan sonra 58 xalla 1-ci, “Real” isə 51 xalla 2-cidir.

690