“Levski” Bakıya məşqçisiz gəlir
Draqan Spasiçə və Bolqarıstan klubunun azarkeşlərinə viza verilməyib
İyulun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bolqarıstanın “Levski” klubunu 26 azarkeş dəstəkləyəcək. Lent.az-ın “standartnews.com”a istinadən verdiyi məlumata görə, həmin azarkeşlər komanda ilə birgə Azərbaycan paytaxtına gələcək.
Onlar Xəzər dənizi sahilindəki “Crown Hotel”də yerləşdiriləcəklər. “Levski”nin Bakıya daha çox azarkeşi gəlmək istəyib. Avtobuslarla yola çıxan bolqarıstanlı fanatlar Türkiyə ilə sərhəddə saxlanılıblar. Onlara Azərbaycan tərəfinin quru sərhəddə yox, hava limanında viza verdiyi bildirilib.
Viza problemi üzündən “Levski”nin baş məşqçisi Ratko Dostaniçin köməkçisi Draqan Spasiç də Bakıya gəlməyəcək. Spasiç hazırda Bolqarıstanda işə düzəlmək hüququ verən sənədləri hazırlamaqla məşğuldur.
Qeyd edək ki, Bolqarıstan klubu bu gün saat 15:30 radələrində çarter reysi ilə paytaxtımıza gələcək. “Bakı” – Levski” matçı sabah saat 20:00-da başlanacaq.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06